Daş bazarında dava - Ucuz satdığı üçün döyüldü

das-bazarinda-dava
Oxunma sayı: 3341

Gəncədə yük avtomobillərin sürücüləri arasında dava olub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda olan Daş bazarında qeydə alınıb. 

Belə ki, Göygöl rayon Yeni Qızılça kənd sakini, "KAMaz" sürücüsü Elvin Səttarov başqa bir yük avtomobili sürücüsü Sənan adlı şəxs tərəfindən döyülüb. E.Səttarov xəstəxanaya aparılıb. Məlumata görə, davaya səbəb döyülən sürücünün mişar daşını digərlərinə nisbətən ucuz satmsı olub.

Faktla bağlı araşdırm aparılır.

Elmar Əli