Daş karxanasında meyit tapıldı

das-karxanasinda-meyit-tapildi
Oxunma sayı: 1582

İyunun 18-də saat 22 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində bir nəfər kişinin meyiti aşkar olunub. 

Qaradağ Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib. 

İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.