“Ermənistan Qarabağı 30 ildən çox işğalda saxlayıb. Çoxlu sayda kəndlər, şəhərlər ermənilər tərəfindən dağıdılıb. Həmçinin Qarabağda işğaldan əvvəl mövcud olan 20-dən çox seysmoloji stansiya dağıdılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, artıq Daşaltıda birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir: “Mən 2 gün əvvəl böyük tədbirin keçirilməsi üçün Qarabağa getmişdim. Prezidentin iradəsi ilə orada yeni tikintilər aparılır. Seysmoloji stansiyaların qurulması istiqamətində də iş aparırıq. Düşünürəm ki, Daşaltı ərazisində 1-ci seysmoloji stansiyadakı işləri bir ay ərzində tamamlayacağıq. Türkiyənin AFAD-ı (Fövqəladə Halların İdarəolunması Agentliyi - red.) ilə birlikdə yaratdığımız bu stansiyadan sonra Qarabağ ərazisində digər stansiyalar da qurulacaq”.
Gülnar Əliyeva