Daşınar əmlak yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği təsdiqləndi

dasinar-emlak-yukluluyunun-dovlet-reyestrinden-istifade-haqqinin-meblegi-tesdiqlendi
Oxunma sayı: 1590

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği təsdiqlənib.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə aşağıdakı məbləğlərdə istifadə haqqı tutulur:
 
Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 manat

Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 manat.
 
Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 manat.