Daşkənd-Almatı reysinin sərnişinləri uçuş zamanı yanıq xəsarətləri aldı

daskend-almati-reysinin-sernisinleri-ucus-zamani-yaniq-xesaretleri-aldi
Oxunma sayı: 3012

Qazaxıstanın “Air Astana” aviaşirkətinin Daşkənd-Almatı reysi ilə uçan sərnişinləri müxtəlif bədən xəsarətləri, o cümlədən yanıq xəsarətləri alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

“KC 128 reysi güclü turbulentliyə məruz qalıb və yeddi sərnişin müxtəlif bədən xəsarətləri alıb. Təyyarə saat 16:45-də Almatıya eniş edib. Uçuş heyəti sərnişinlərə ilkin tibbi yardım göstərib”, - deyə məlumatda bildirilib.