Daşkənddə “Dolu” filminin təqdimatı olacaq

daskendde-dolu-filminin-teqdimati-olacaq
Oxunma sayı: 713


 “Qafqazinfo”nun məlumatına görə, “Xocalıya ədalət!" adlı mərasim  fevralın 26-da Özbəkistan Respublikasındakı Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək. Tədbirdə Azərbaycanın səfiri cənab Hüseyn Quliyev, millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, yazıçı Yunus Oğuzun və Özbəkistanın ziyalı, dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Tədbirdə "Justice for khojaly" klipi göstəriləcək, şəhidlərin xatirəsinə həsr olunmuş güllərdən ibarət kompozisiya qurulacaq, qurbanların xatirəsinə şamlar yandırılacaq, uşaqlar havaya sülh göyərçinləri uçuracaq. 

Tədbirə gələnlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin "Xocalıya ədalət" adlı sərgisində nümayiş olunan əsərlər və Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı Səfirliyinə göndərilmiş Xocalı soyqırımı haqqında fotoşəkil və nəşrlərlə tanış olacaq. Daha sonra ssenarisi yazıçı Aqil Abbasa məxsus olan  "Dolu" filmi nümayiş olunacaq.