Daşkəsən sakininə balta ilə xəsarət yetirilib.
"Qafqazinfo" xəbər verir ki, rayonun Astaf kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayev Eldənizə Feyruz adlı şəxs balta ilə xəsarət yetirib.
Hazırda hadisəni törədən şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində Daşkəsən polisi əməliyyat-axtarış tədbirləri həyata keçirir.
***
Daşkəsən sakininə balta ilə xəsarət yetirən şəxsin kimliyi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, hadisəni törədən şəxs 1980-ci il təvəllüdlü Orucov Feyruz Müslüm oğludur.
Onun xəsarət alan Abdullayev Eldənizin yeznəsi olduğu, mübahisənin ailə münasibətləri zəminində baş verdiyi açıqlanıb.
Son xəbərlər
Son Xəbərlər