Daşkəsəndə ata və qızı bıçaqlandı

daskesende-ata-ve-qizi-bicaqlandi
Oxunma sayı: 3538

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisəni ailənin kürəkəni törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Yunis Quliyev