Daşkəsəndə bir ilin gəlini intihar edib

daskesende-bir-ilin-gelini-intihar-edib
Oxunma sayı: 1914

Daşkəsən rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, hadisə rayonun Yolqular kəndində qeydə alınıb.

Belə ki, bir il əvvəl Yuxarı Daşkəsən qəsəbəsindən Yolqular kəndinə gəlin köçmüş, təxminən, 20-25 yaş arasında olan qadın yaşadığı evdə özünü asaraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.