Daşkəsəndə oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövlədən qanunsuz olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırda buynuzlu heyvan oğurlanıb:
“Oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov,Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmraslanov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxlər törətdikləri cinayət əməllərini etiraf ediblər. Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.




Son xəbərlər
Son Xəbərlər