Daşkəsəndə yük maşını aşdı, ölən var

daskesende-yuk-masini-asdi-olen-var
Oxunma sayı: 1080

Daşkəsən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, rayon ərazisində “МАЗ” markalı yük avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Süleymanov Şahin Abbas oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.