Daşkəsəndəki qəzada vəzifəli şəxslər öldü - Video + Yenilənib

daskesendeki-qezada-vezifeli-sexsler-oldu
Oxunma sayı: 6559

Daşkəsən rayonunun Bayan kəndində ağır yol qəzası baş verib.

“Qafqazinfo” Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, “Niva Chevrolet” markalı avtomobilin körpüdən aşması nəticəsində sürücü və sərnişin hadisə yerindəcə keçinib.

Qəzada ölənlər Məhkəmə Tiobbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib. Həmin şəxslərin kimliyi müəyyənləşdirilir.

***

APA-nın məlumatına görə, Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Bunlar Daşkəsən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.