Daşkəsənə dolu yağdı

daskesene-dolu-yagdi
Oxunma sayı: 1663

Axşam saatlarında Daşkəsən rayonuna yağan leysan yağış sonradan doluya çevrilib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, dolu rayonun Yuxarı Daşkəsən və Mədənçilər qəsəbəsində əkin sahələrinə ziyan vurub.

Diametri 20-25 mm. olan dolu nəticəsində meyvə ağaclarına da ziyan dəyib.

Hazırda rayonda yağış kəssə də, hava tutqundur və yenə yağıntı olacağı gözlənilir.