Daşkəsəni “iflic” edən dolu- - Fotolar

daskeseni-iflic-eden-dolu-
Oxunma sayı: 1971


Güclü dolu ilə müşayiət olunan yağan leysan yağışlarının nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəyib.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata əsasən daha çox ziyan rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Kəmərqaya, Zəylik, Quşçu, Çovdar, Bayan kəndləri, Daşkəsən, Mədənçilər, Alunitdağ və Daşkəsən şəhər ərazilərində baş verib.

Baş vermiş təbii fəlakətin vurduğu ziyanın miqdarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi məqsədilə Rayon Fövqəladə Hallar komissiyası və aidiyyəti üzrə qurumlar tərəfindən işlər aparılır.

Dəymiş ziyanın aradan qaldırılması üçün daxili imkanlar hesabına aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Təbii fəlakətlə əlaqədar dəymiş müxtəlif ziyanlar barədə yaşayış məntəqələrindən əlavə məlumatlar daxil olmaqdadı.

Yuxarıda göstərilənlər barədə Respublikanın aidiyyəti üzrə qurumlarına məlumat verilib.