Daşla həmyerlisini öldürdü

dasla-hemyerlisini-oldurdu
Oxunma sayı: 1574

Goranboyda qətl hadisəsi törədilib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndində baş verib.

Kəlbəcər rayonundan məcburi köçkün olan 1971-ci il təvəllüdlü Natiq Qafarov mübahisə zəminində daş ilə həmyerlisi 1966-cı il təvəllüdlü Mübariz Məmmədovun başına vuraraq onu qətlə yetirib.

N. Qafarov saxlanılıb. Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.