Daşqın nəticəsində 17 nəfər ölüb

dasqin-neticesinde-17-nefer-olub
Oxunma sayı: 765

Əfqanıstanın paytaxtı Kabildə leysan yağışları daşqına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Pajvak” agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 17 nəfər həlak olub. Sabori dairəsinin rəhbəri Məhəmməd Fahimi Musazainin sözlərinə görə, daşqınlar nəticəsində onlarla ev dağılıb və əkin sahələrindəki məhsullar məhv olub.

Artıq hökumət nümayəndələri hadisə yerinə gəliblər.