Daşqın və torpaq sürüşməsi nəticəsində 24 nəfər öldü - İndoneziyada

dasqin-ve-torpaq-surusmesi-neticesinde-24-nefer-oldu
Oxunma sayı: 783

İndoneziyanın Yava adasında leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində azı 24 nəfər həlak olub, 26 nəfər itkin düşüb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbərinə görə, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Agentliyinin nümayəndəsi Sutopo Purvo Nuqroxu məlumat verib. O, onlarla evə ziyan dəydiyini, hazırda axtarış-xilasetmə işlərinin görüldüyünü bildirib.