Daşqınlar Belçikaya 10 milyard avrodan çox ziyan vurub

Daşqınlar Belçikaya 10 milyard avrodan çox ziyan vurub
Oxunma sayı: 842

Belçikada iyulun 14-dən 16-na qədər davam edən daşqınlar ölkəyə 10 milyard avrodan çox zərər vurub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Valloniya bölgəsinin hakimiyyəti ilkin məlumatlar əsasında bu qənaətə gəlib.

Belə ki, Valloniya rəhbərliyi bu həftənin əvvəlində regionda bərpa işlərinə dəstək məqsədilə 2 milyard avro dəyərində yardım planı barədə qərar qəbul edib.

Qeyd edək ki, sözügedən bu təbii fəlakət Belçikada son 100 il ərzində qeydə alınan ən ciddi daşqınlar olub. Leysan yağışları səbəbindən baş vermiş daşqınlar nəticəsində bu ölkədə 32 nəfər həlak olub, daha 18 nəfər isə itkin düşüb.

Bununla yanaşı, 10 mindən çox ev dağılıb və yaxud zərər görüb. Həmçinin, təqribən 1,5 min ev susuz, 10,5 min ev işıqsız, 10 min ev isə qazsız qalıb.