İtaliyanın şimalında son 100 il ərzində qeydə alınan ən güclü daşqınlar ölkəyə 7 milyard dollardan çox zərər vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ANSA” agentliyi yayıb.
Məlumata görə, İtaliya hökuməti Emilia-Romagna bölgəsində daşqınların nəticələrinin aradan qaldırılması və regionun bərpası üçün təqribən 2 milyard avro vəsait ayırıb.
Bölgəyə vurulan zərərin həcminin daha çox olacağı gözlənilir.
Qeyd edək ki, Emilia-Romagna bölgəsində daşqınlar nəticəsində 14 nəfər həlak olub.