Yaponiyanın cənub-qərbində daşqınlar nəticəsində ölənlərin sayı artıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata əsasən təbii fəlakət nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb. Daha 20 nəfər itkin düşüb. 1300 nəfər müvəqqəti evakuasiya məntəqələrində yerləşdirilib. Ordu, polis və yanğınsöndürənlər itkin düşənlərin axtarışını davam etdirilər.
Yaponiyanın Küsü adasında ötən həftədən başlayan güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. Regionda yaşayış evləri, avtomobil yolları, dəmiryol körpüləri dağılıb.
Son xəbərlər
Son Xəbərlər