Daşqınlar nəticəsində ölənlərin sayı artıb

dasqinlar-neticesinde-olenlerin-sayi-artib
Oxunma sayı: 811

Yaponiyanın cənub-qərbində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NHK nəşri məlumat yayıb.

Məlumata əsasən təbii fəlakət nəticəsində ölənlərin sayı 32-yə çatıb. Daha 10 nəfər itkin düşüb. 

Yaponiyanın Küsü adasında ötən həftədən başlayan güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. Regionda yaşayış evləri, avtomobil yolları, dəmiryol körpüləri dağılıb.