Daun sindromlu qızın toy arzusu reallaşdı, amma... - Video

daun-sindromlu-qizin-toy-arzusu-reallasdi-amma
Oxunma sayı: 2192


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqlıqdan toyunun olmasını, gəlin paltarı geyinməyi arzu edən Duyğu Kakızın xəyalları gerçək olub. Bandırma Qazilər vəqfi Duyğunun anasının müraciətinə biganə qalmayıb və toy üçün lazım olan xərci öz öhdəsinə götürüb. Əsgərdə olduğu deyilən xəyali sevgilisi ilə rəqs edib tort kəsən gəlin daha sonra əlinə xına da qoydurub. Toy əsnasında tez-tez göz yaşlarını saxlaya bilməyən ana qızının iki illik arzusunun yerinə yetdiyi üçün xoşbəxt olduğunu deyib: “Hər zaman gəlin paltarı geyməyi xəyal edirdi. Ona görə də, evdəki pərdələri kəsib özünə gəlinlik hazırlayırdı. Onun tək xəyalı bu idi” . 

Günel Hacı