DAVAM.AZ xəbər portalı öz fəaliyyətini bərpa etdi

davamaz-xeber-portali-oz-fealiyyetini-berpa-etdi
Oxunma sayı: 942



28 iyun 2011-ci tarixində DAVAMQEZETİ.COM (DAVAM.AZ) xəbər portalı naməlum xakkerlər tərəfindən hücuma məruz qalmış və saytın məlumat bazası tamamilə silinib. Qəzetin redaksiyasından “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bunun kimlər tərəfindən edildiyi məlum olmasa da görünən odur ki, bu qüvvələr milli dəyərlərə, dövlətçiliyə, vətənçiliyə, millətçiliyə, bütövçülüyə yad gözlə baxan və ona qarşı mübarızə aparan qüvvələrdir. Hansı ki DAVAM QƏZETİ ilə birgə DAVAM.AZ portalı da öz fəaliyyətinin ilk günlərindən məhz bu istiqamətdə irəliləmiş və bu irəliləyiş isə hansısa kənar qüvvələrin və ya onlara xidmət edən əlaltılarının dağıdıcı-pozucu fəaliyyətinə mənfi təsir göstərmişdir: “Bütün bunlara baxmayaraq 02.07.2011 tarixində xəbərlərimizin bir hissəsi silinməsinə baxmayaraq vebmasterlərimizin sayəsində bu prolem aradan qaldırılmış və sayt öz fəaliyyətini davam etdirməkdədir. Davam.az redaksiyasi olaraq hər zaman haqin və ədalətin yaninda olacağimizi, millətimizə və dövlətimizə sonuna qədər xidmət edəcəyimizi, bütövlüyümüz və millətləşməyimiz üçün əlimizdən gələni edəcəyimizi bir daha bəyan edirik. bu kimi pozucu fəaliyyətlər bizlərin qarşisini kəsə bilməyəcək və davam.az öz davasinada hər zaman davamli olacaq!”.