“Davamlı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik”

davamli-sulhe-nail-olmaq-ucun-her-cur-sey-gostereceyik
Oxunma sayı: 2098

“Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə göstəriblər. Eyni münasibəti Ermənistan rəhbərliyindən də gözləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.

Cənubi Qafqazda əldə olunan tarixi fürsəti dəyərləndirməyin vacibliyini vurğulayan Ərdoğan Türkiyə olaraq davamlı sülhə nail olmaq üçün hər cür səy göstərəcəklərini vurğulayıb.

Siyasətçi, həmçinin Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.