David Luiz mundialın ən yaxşısıdır

david-luiz-mundialin-en-yaxsisidir
Oxunma sayı: 861


“Qafqazinfo” xəbər verir ki tərtib olunan ən güclü futbolçular siyahısına braziliyalı müdafiəçi David Luiz 9,79 xalla başçılıq edir. FİFA hər oyuna görə futbolçuları qiymətləndirir. David Luiz 5 qolla turnirin bombardiri olan kolumbiyalı Xames Rodrigezi qabaqlayıb.Xames 9,74 xalla II sıradadır. İsveçrə və Nigeriyaya qarşı oyunlarda vurduğu qolları qeydə alınmayan Kərim Benzema isə 9,70 xalla III yerdə qərarlaşıb. Mükəmməl performansı ilə hər kəsi özünə valeh edən Aryen Robben isə 9,66 xalla IV sırada qərarlaşıb. Növbəti V sıranı isə belçikalı futbolçu Yan Vertongen tutub.

 

İqbal