Davos öz işinə başladı

davos-oz-isine-basladi
Oxunma sayı: 739

İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun açılışı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 110 ölkədən 3 min iştirakçının qatıldığı forumda iqtisadi və siyasi mövzularda məsələlər müzakirə olunacaq. Fforumun builki əsas mövzusu “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması” 

Bir həftə ərzində 350 sessiyanın keçirilməsi gözlənilir. “Davos”da 60 dövlət başçısı, o cümlədən nazirlər iştirak edəcəklər.

Qeyd edək ki, prezident İlham Əliyev də Davos forumunda iştirak edəcək. Azərbaycan dövlətinin başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün tərəqqisi. Çinin milyard dollarlıq baxışı” sessiyasında çıxış edəcək.