Davudoğlu da İlham Əliyevə zəng vurdu

davudoglu-da-ilham-eliyeve-zeng-vurdu
Oxunma sayı: 2894

Türkiyənin Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlət başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.