Xəbər verdiyimiz kimi mayın 14-ü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğanın toy mərasimi olacaq.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 6 min nəfərin dəvət edildiyi mərasimdə Rəcəb Tayyib Ərdoğanla soyuq münasibətdə olduğu deyilən Əhməd Davudoğlu da iştirak edəcək. Hətta Davudoğlu Süməyya Ərdoğanın nikah şahidlərindən biridir.
Qeyd edək ki, Süməyya Ərdoğan Pilotsuz Uçan Aparat istehsal edən şirkətin texniki direktoru Səlçuq Bayraqdarla ailə quracaq.



Son xəbərlər
Son Xəbərlər