Davudoğlu Gürcüstana gedir

davudoglu-gurcustana-gedir
Oxunma sayı: 637

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin dəvəti ilə gedən Ə.Davudoğlu səfərin ilk günündə Tiflisdə rəsmi görüşlər keçirəcək.

2 günlük səfər çərçivəsində Ə.Davudoğlunun Tiflisdə gürcüstanlı həmkarı M.Pankijidze, ölkənin Baş naziri Bidzina İvanishvili, Gürcüstan Parlamentinin sədri David Usupaşvili və reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvili ilə görüşü planlaşdırılır.

Görüşlərdə Türkiyənin bölgədəki əhəmiyyətli ortaqları arasında yer alan Gürcüstan ilə ikitərəfli və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə ediləcək, regional və beynəlxalq hadisələr haqqında fikir mübadiləsi aparılacaq.