“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat verib.
Davudoğlu ABŞ dövlət katibi Con Kerri ilə iki dəfə telefonla danışıb. Nazir həmçinin HƏMAS-ın lideri Xalid Məşəl ilə telefon danışıqları aparıb.
Axşam saatlarında Davudoğlu Ankarada Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl Atiyeni qəbul edəcək. Görüşdə HƏMAS-a təsirə malik Qətər və Türkiyə kimi iki ölkənin Qəzza sektorundakı vəziyyətin hərtərəfli təhlili aparılacaq.