“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, toplantıda seçkilərin nəticələrinin analizi ilə yanaşı, koalision hökumətin qurulması və erkən seçim ehtimalları ilə bağlı müzakirələr aparılacaq.
AKP rəsmilərinin verdiyi məlumata görə, Davudoğlunun qaydalara uyğun olaraq istefasını bu gün və ya sabah prezident Tayyub Ərdoğana təqdim etməsi və Ərdoğanın da yeni hökumət qurulana qədər Davudoğlundan vəzifəsində qalmasını istəyəcəyi gözlənilir.
Yeni hökumətin qurulması istiqamətində işlər isə seçki nəticələri dəqiqləşəndən sonra aparılacaq.
Nəticələr Rəsmi qəzetdə yayımlandıqdan 5 gün sonra yeni parlament ilk toplantısını keçirəcək. Ərdoğanın yeni hökumət qurmaq tapşırığını isə TBMM-dən bir millət vəkilinə, böyük ehtimalla partiyanın sədri Davudoğluna həvalə edəcəyi gzlənilir.
Konstitusiyaya görə, 45 gün ərzində yeni hökumət qurulmazsa, ölkə 3 ay içərisində erkən seçimə gedə bilər.
Son xəbərlər
Son Xəbərlər