Davudoğlu Kılıçdaroğlunu “unfollow” etdi

davudoglu-kilicdaroglunu-unfollow-etdi
Oxunma sayı: 1976

Türkiyə baş naziri Əhməd Davudoğlu CHP (Cumhuriyyət Xalq Partiyası) lideri Kamal Kılıçdaroğlunu Tvitterdə izləməyi sonlandırıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il iyunun 7-də baş tutan seçkilərdən sonra koalisiya danışıqları prosesində Kılıçdaroğlunu izləməyə başlayan baş nazir siyasət diplomatiyası tarixində bir ilkə imza atıb. Belə ki, o, CHP liderini Tvitterdə “unfollow” (izləməkdən imtina etmək) edib. Onun bu davranışı sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.