Türkiyənin baş naziri Əhməd Davudoğlu dini azlıqların nümayəndələrini qəbul edib.
“Qafqazinfo”nun Musvat.com-a istinadən verdiyi məlumata görə, Davudoğlu Türkiyə tarixində ilk dəfə olaraq Yaşılköydə kilsə tikiləcəyini bildirib. Nazirlikdən verilən məlumata əsasən baş nazir əvvəlcə dəvətliləri dinləyib.
Din təmsilçiləri son 10 ildə Türkiyədə İslamdan başqa dinlərə baxışın dəyişdiyini bildiriblər. Davudoğlu Türkiyədə yaşayanların dinindən asılı olmayaraq eyni hüquqa sahib olduğunu ifadə edib.
Görüşdə baş nazir Türkiyə tarixində ilk dəfə Yaşılköydə kilsə tikiləcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər