“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər. Ə.Davudoğlu Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin daim uğurla inkişaf etdiyini bildirib. Baş nazir iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də mütəmadi olaraq gücləndirildiyini vurğulayıb.
S.Müslümov Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda əmək, məşğulluq, miqrasiya, əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər