Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxış edən Türkiyə baş naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ probleminə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, baş nazir Minsk qrupunu Ermənistanı Azərbaycana qarşı silahlı təxribata son verməsi üçün xəbərdarlıq etməyə çağırıb:
“Təmas xəttində Ermənistanın Azərbaycana qarşı yönəltdiyi genişmiqyaslı hücum və ərazi bütövlüyünün pozulmasını şiddətlə qınayırıq. Xeyli sayda əsgər və mülki vətəndaşlar öldü. Bu, bir daha status-kvonun davam edə bilməyəcəyini göstərib. ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana silahlı təxribata son verməsi üçün xəbərdarlıq etməlidir. Azərbaycanın işğal altındakı torpaqları azad edilənə kimi Türkiyə dəstəyini davam etdirəcək”.
Son xəbərlər
Son Xəbərlər