“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, baş nazir Davudoğlu 24 aprel günü Türkiyə erməni patriarxlığında keçiriləcək ayində iştirak edə biləcəklərini açıqlayıb.
Davudoğlu bunun nazirlik səviyyəsində olacağını qeyd edib:
“Erməni patriarxlığında keçiriləcək anma tədbirində nazirlik səviyyəsində iştirak etməyi planlaşdırırıq”.
Türkiyə baş naziri ayində iştirak edəcək nazirin şəxsiyyəti barədə hələlik açıqlama verməyib.
Qeyd edək ki, Əhməd Davudoğlu ötən gün də 1915-ci ildə deportasiya zamanı dünyasını dəyişmiş osmanlı ermənilərinə görə başsağlığı mesajı yayımlamışdı.
Son xəbərlər
Son Xəbərlər