“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkənin baş naziri Əhməd Davudoğlu yerli mediaya prokurorun İstanbulda girov götürülməsi barədə xəbərləri dərc etməyi qadağan edib. Baş nazirlik RTÜK Yasasının 7-ci maddəsinə uyğun olaraq bu addımı atıb. “Fövqəladə dövrdə nəşrlər” başlıqlı 7-ci maddəyə uyğun olaraq Türkiyə KİV-ləri müvəqqəti olaraq girovla bağlı məlumatları dərc edə bilməyəcək.
Qeyd edək ki, Türkiyədə Gezi parkı olayları zamanı polisin atdığı gözyaşardıcı qaz kapsulunun başına dəyməsi səbəbindən dünyasının dəyişən Berkin Elvanın işinə baxan prokuror terrorçular tərəfindən girov götürülüb.
Terrorçular yerli vaxtla saat 15:36-ya kimi 5 tələblərinin yerinə yetirilməsi üçün vaxt veriblər.
Hazırda prokuror Mehmet Selim Kirazın ofisinin yerləşdiyi binanın giriş və çıxışı polislər tərəfindən əhatəyə alınıb.
Son xəbərlər
Son Xəbərlər