Türkiyə Baş naziri Əhməd Davudoğlu izdiham arasında əzilmək təhlükəsilə üzləşib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir bir neçə nazirlə Büyükşehir Bələdiyyəsinə xalqla görüşə gəlib. Çıxışdan sonra Baş nazir avtobusa minmək üçün yolu keçmək istəyərkən onunla görüşmək istəyən izdihamın arasında qalıb.
İnsanların arasında əzilmə təhlükəsi ilə üzləşən Davudoğlu mühafizəçilərinin köməyilə izdiham arasından çıxarkən yıxılmaq təhlükəsi ilə üzləşib.
Lakin mühafizəçilərin köməyilə bundan da yaxa qurtara bilib.


Son xəbərlər
Son Xəbərlər