“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, silahı və əl bombası olan 2 naməlum şəxs saray qarşısında dayanan mühafizəçilərə atəş açıb. Əvvəlcə baş nazir Əhməd Davudoğlunun igamətgahının qarşısındakı növbətçinin əyləşdiyi məkana əl bombası atılıb, ancaq bomba partlamayıb.
Daha sonra terrorçular atəş açmağa başlayıblar. Hadisədən sonra 2 nəfər Gümüşsuyu küçəsinə doğru qaçmağa başlayıblar. Sözügedən şəxslər Almaniya Konsulluğu qarşısında tutulub. Hadisə zamanı 1 polis əməkdaşı yaralanıb.
Son xəbərlər
Son Xəbərlər