Davudoğlunun partiya təqdimatında ən çox və ən az işlətdiyi - Sözlər

davudoglunun-partiya-teqdimatinda-en-cox-ve-en-az-isletdiyi
Oxunma sayı: 2801

Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlunun yeni yaratdığı “Gələcək” partiyasının təqdimatında ən çox və ən az işlətdiyi sözlər hesablanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “Gələcək” partiyasının təqdimatında ən çox işlədilən söz “ölkə” (232 dəfə) olub. İkinci söz “ictimaiyyət” (207 dəfə), üçüncü isə “haqq”dır (197 dəfə). Bu sözlər partiyanın gələcək vədləri ilə bağlı ipucu kimi dəyərləndirilir.

Davudoğlu “qədim” sözünü cəmi 1 dəfə, “kürd” sözünü 6, “ələvi” sözünü 3 dəfə işlədib.