Davudoğlunun son vida görüşü - Bu dəfə Ərdoğanla

davudoglunun-son-vida-gorusu
Oxunma sayı: 1972

Türkiyənin baş naziri Əhməd Davudoğlu sabah ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanla vida görüşü keçirəcək.

Qafqazinfo” türk KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident sözçüsü İbrahim Qalın məlumat verib. O, “Sabah baş nazir və prezident vida görüşündə olacaq. Hər ikisi vəzifə ekstradisiya prosesinin, vəzifəni təhvil vermə tarixinin necə olacağını və necə formalaşacağını qərarlaşdıracaqlar”- deyə bildirib.

Xatırladaq ki, mayın 5-i AK partiyanın keçirdiyi fövqəladə qurultayda Davudoğlu istefaya gedəcəyini açıqlamışdı.

Aysel Kərimova