“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, xanım Sare Davudoğlunu QMİ sədrinin müavini Qəmər Cavadlı qarşılayıb. Q.Cavadlı qonağa Bakının ən qədim və böyük dini abidələrindən biri sayılan Bibiheybət məscidinin tarixi barədə məlumat verərək bildirib ki, yeddinci İmam Kazımın (ə) qızı Xanım Həkimənin məzarı burada yerləşir. Sovetlər dönəmində buradakı məscid sökülüb.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Bibiheybət məscidi yenidən inşa edilərək dindarların istifadəsinə verilib. Son illər isə ölkə rəhbəri İlham Əliyevin diqqət və qayğısı nəticəsində ərazidə möhtəşəm məscid kompleks yaradılıb.
Sare Davudoğlu Xanım Həkimənin məzarını ziyarət edib, məscid komplekslə yaxından tanış olub, burada yaradılan muzeyə baxıb. Qonaq burada aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirib.
Sare Davudoğlu Bibiheybət məscidinə qədim Quran nüsxəsi bağışlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri adından qonağa hədiyə təqdim olunub.
Sonra söhbət çay süfrəsi arxasında davam etdirilib və xatirə şəkli çəkilib.
Son xəbərlər
Son Xəbərlər