Daxili İşlər Nazirliyinə görə saç-saqqalını kəsdirdi - Foto

daxili-isler-nazirliyine-gore-sac-saqqalini-kesdirdi-foto
Oxunma sayı: 647

ANS PRESS-in məlumatına görə, ifaçının bu dəyişikliyi böyük əks-səda doğurduğundan bizim də marağımıza səbəb oldu.

C.Qurbanovun mətbuat xidmətindən gələn açıqlama daha maraqlı oldu. Sən demə sənətçini bu addımı atmağa Daxili İşlər Nazirliyi vadar edibmiş. "Bəli, Cahangirin sosial şəbəkədə paylaşdığı son şəkli çox əks səda doğurdu. Tanış-biliş belə məəttəl qalmışdılar ki, görəsən Cahangir nəyə görə illərdir uzatdığı saçını-saqqalını kəsdi. Məsələ bundadır ki, Cahangir Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orkestrinin solistidir. DİN-nin yubileyilə bağlı keçirilən konsertdə iştirak etdiyi üçün zabit forması geyindi və buna görə də neçə illərdir uzatdığı saçını və saqqalını kəsdirdi".