Daxili orqanından narkotik çıxdı

daxili-orqanindan-narkotik-cixdi
Oxunma sayı: 1327

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar.

Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında 3 ədəd bükümdə xalis çəkisi 300,988 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.