Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda qeydə alınıb.
İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Hacıyev Azər Ağasəlim oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 2 ədəd ayrı-ayrı bükümlərdə, 1 ədəd bükümdə xalis çəkisi 0,764 qram olan narkotik vasitə - tiryək, digər bükümdə isə xalis çəkisi 8,864 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər