Daxili Qoşunlarda cinayətlərin sayı azalıb- - 43 faiz

daxili-qosunlarda-cinayetlerin-sayi-azalib-
Oxunma sayı: 1191


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıraraq şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini bildirib. 

Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov isə xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

Müşavirədə qeyd olunub ki, 2013-cü illə müqayisədə ötən il Daxili Qoşunların şəxsi heyəti tərəfindən törədilən cinayətlərin sayı 43 faiz, ölüm halları 36 faiz, kobud intizam pozuntuları 30 faiz, xırda hüquqazidd hadisələr 30 faiz, bədən xəsarətlərinin sayı 23 faiz azalıb.