Daxili Qoşunların 47 yaşlı polkovniki qəfil vəfat etdi

daxili-qosunlarin-47-yasli-polkovniki-qefil-vefat-etdi
Oxunma sayı: 5211

DİN-in Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.

“Qafqazinfo “Unikal”a istinadən xəbər verir ki, o, ürəktutmadan vəfat edib.

Bildirilib ki, 1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Qeyd edək ki, mərhum polkovnikin iyunun 24-ü 47 yaşı olacaqdı.