Daxili Qoşunların hərbçisi bədbəxt hadisə nəticəsində öldü

daxili-qosunlarin-herbcisi-bedbext-hadise-neticesinde-oldu
Oxunma sayı: 5006

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.