Daxili Qoşunların yeni komandanı hərbi hissədə olub

daxili-qosunlarin-yeni-komandani-herbi-hissede-olub
Oxunma sayı: 1723


Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yeləşən "N" saylı hərbi hissəsində olub.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi hissə komandanlığı gənc əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər, həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib.

Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri, eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb.