“Qafqazinfo” xəbər verir ki, alimlər 18-30 yaşlarında 66 könüllünün iştirakı ilə eksperiment aparıblar. Əvvəlcə tədqiqat iştirakçıları iki qrupa bölünüblər. Birinci qrupun iştirakçılarına məqamı tutmaq və fikri cəmləşdirmək bacarığı aşılayan tənəffüs hərəkətləri üzrə ustad dərs keçirilib. İkinci qrupun iştirakçıları üçün poeziya nümunələrinin təhlili yolu ilə problemlərin həllinin koqnitiv vərdişlərinin formalaşdırılması üzrə üç günlük ustad dərs keçirilib. Tədqiqat başa çatandan sonra bütün iştirakçılar alimlərin xahişi ilə şifahi və riyazi testlərdən keçib, onların tüpürcəyi müayinə olunub. Daha sonra iştirakçıların emosional səviyyəsinə dair sorğu vərəqi doldurulub.
Nəticədə məlum olub ki, yadda saxlama meditasiyasının köməyi ilə stressin xeyli dərəcədə azalmasına nail olmaq mümkündür. Lakin plasebo effekti tamamilə istisna deyil. Ola bilsin, meditatisiya qrupunun iştirakçıları əmin idilər ki, stressdən qurtulacaqlar. Yüngüllük hiss etdikləri üçün orqanizmdə kortizolun səviyyəsi “azalıb”. Lakin elmi-tədqiqat qrupunun üzvləri tamamilə başqa fikirdədirlər: meditasiya kortizolun səviyyəsini birbaşa azaldır.
Son xəbərlər
Son Xəbərlər